Cəlilabad rayonunda son üç gün ərzində ümumilikdə 11 nəfər qarda sürüşərək müxtəlif dərəcəli xəsarətlər alıb.

İqtisadiyyat.az-ın əladə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Ə.Həşimova başın ənsə nahiyəsinin küt travması, 1965-ci il təvəllüdlü V.Tarverdiyeva sağ tərəfli mil tipik yerdəyişmiş sınığı, 1975-ci il təvəllüdlü A.İsgəndərov daban sümüyünün sınığı və 2005-ci il təvəllüdlü A.Əzizov sol əlin sınığı və daha 7 nəfər xəsarətlər ilə rayon xəstəxanasına müraciət ediblər.

Onların hər birinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.