Cənubi Afrika Respublikası (CAR) İranın BRİCS-ə qoşulmasını tam dəstəkləyir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Cyril Ramaphosa İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşdə deyib.

"Cənubi Afrika İranın BRİCS tərəfindən dost ölkə kimi qəbul edilməsində maraqlıdır", - Ramafosa bildirib.

Cənubi Afrika prezidenti həmçinin İran prezidenti İbrahim Rəisinin Afrika ölkəsinə rəsmi səfəri zamanı iki ölkə arasında əməkdaşlığa dair bir sıra sənədlərin imzalanacağına ümid etdiyini bildirib.

İran xarici işlər nazirinin sözlərinə görə, İslam Respublikası prezidentinin Cənubi Afrikaya avqustun 24-də iki günlük səfəri planlaşdırılır.

O, BRİCS-in dostları sammitində iştirak edəcək və ikitərəfli münasibətləri müzakirə edəcək.