Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.

İqtisadiyyat.az xəbər verir ki, paylaşımda deyilir:

"Qardaş Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Ömrünü xalqına və qardaşlığa həsr edənlər daim ürəklərdə yaşayır.

Allah rəhmət eləsin".