"Baş verən terror aktına baxmayaraq parlament bazar günü planlaşdırıldığı kimi işinə davam edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç "X"də yazıb.

"Parlamentin açılışını təxirə salmaqdan söhbət gedə bilməz", - Kılıç qeyd edib.

Qeyd edək ki, bu gün Respublika parlamenti yay tətilindən sonra işini bərpa etməlidir. Açılışda prezident Rəcəb Tayyib Ərdoğan da çıxış edəcək.