Ukrayna müharibəsi 2025-ci ilin sonuna qədər davam edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən hazırlanmış Ukrayna münaqişəsinin inkişafının mənfi ssenarisində qeyd olunub.

Məlumata görə, müharibə gələn il ölkə iqtisadiyyatının 5 % azalmasına səbəb olacaq.

Qurumun baza ssenarisinə görə isə müharibə 2024-cü ildə başa çatacaq. Ümumilikdə təşkilat Ukrayna üçün müsbət də daxil olmaqla üç ssenari hazırlayıb.

Bundan əlavə, BVF bu il Ukrayna iqtisadiyyatının 4,5 % artacağını gözləyir.

 

Gözəl Həşimova