Azərbaycan Skautlar Assosiasiyasına Mətbuat katibi təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, Milli Komitənin 24 dekabr 2023-cü il tarixli qərarına əsasən Xankişiyeva Züleyxa Atakişi qızı Azərbaycan Skautlar Assosiasiyasının Mətbuat katibi təyin olunub. Qərar 2024-cü ilin yanvar ayının 10-dan etibarən qüvvəyə minib.

Qeyd edək ki, Züleyxa Xankişiyeva uzun illər televiziya, mətbuat sahəsində müxbir, aparıcı kimi vəzifələrdə çalışmış, KİV-in ölkəmizin sosial-iqtisadi cəhətdən qüdrətlənməsi yolunda fəaliyyət göstərmişdir.

O, Televiziya sahəsində çalışdığı müddət ərzində də skautinq mövzusu ilə bağlı süjetlər və veriliş buraxılışları hazırlamış, qeyri-formal təhsili geniş şəkildə təbliğ etmişdir.