Gün ərzində Nardaran, Bilgəh və Buzovna qəsəbələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, gün ərzində sözügedən ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq:
“Nardaran, Bilgəh və Buzovna ( Albaliq yasşayış sahəsi) qəsəbələrində elektrik enerjisinin verilişi xətlərində aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir. Bununla əlaqədar gün ərzində saat 11:00-dan 14:00-a qədər qeyd edilən qəsəbələrin bir hissəsində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yarana bilər”.