Bu ilin ikinci rübündə Niderland iqtisadiyyatı kiçilib və tənəzzülə girib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Niderland Statistika İnstitutu ikinci rübün artım templəri ilə bağlı məlumatları açıqlayıb.

Məlumata görə, ölkə iqtisadiyyatı bu ilin birinci rübündə 0,4%, ikinci rübündə isə 0,3% kiçilib. Beləliklə, Avropanın ən mühüm iqtisadiyyatları sırasında olan Niderland tənəzzülə girib.

Bildirilib ki, ölkədə ərzaq və enerji qiymətlərinin artması inflyasiyanın yüksəlməsinə və iqtisadi fəallığın ləngiməsinə səbəb olub.

 

Gözəl Həşimova