Fransa siqaretlə mübarizə üçün elektron siqaretləri qadağan etməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransanın Baş naziri Elizabet Born bildirib.

Onun sözlərinə görə, hökümət Fransada ildə 75 min insanın ölümünə səbəb olan siqareti azaltmaq üçün 2024-cü il büdcəsində dəyişiklər edir.

Məlumata görə, bir çox Avropa ölkələri qadağa planını qüvvəyə mindirib. Belçikada, Yeni Zelandiyada elektron siqaretlərin onlayn satışı qadağan edilib, İrlandiyada qadağa ilə bağlı məsləhətləşmələr aparılır. Almaniyada isə hökumət bütün ətirli elektron siqaretləri qadağan edib. Bundan əlavə, Avstraliya elektron siqaretləri yalnız reseptlə satmaq, tərkibindəki nikotin miqdarını azaltmaq və ləzzətini məhdudlaşdırmaq üçün addımlar atıb.

 

Gözəl Həşimova