Pakistanda fevralın 8-də keçiriləcək ümumi və əyalət seçkilərində 17 min 816 deputatlığa namizəd yarışacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Pakistan Seçki Komissiyası deputatlığa namizədlərin yekun siyahısını bölüşüb.

Məlumata görə, 17 min 816 deputatlığa namizəddən 11 min 785-i müstəqil, 6 min 31-i isə siyasi partiya altında yarışacaq.

Fevralın 8-də ölkədə keçiriləcək ümumi və dövlət seçkilərində 150 ​​siyasi partiya iştirak edəcək.

Qeydə alınmış 128 milyon 585 min 760 seçicinin 69,2 milyonu kişi, 59,3 milyonu isə qadındır.

 

Gözəl Həşimova