İstanbul Türkiyədə dəyəri 224 milyard lirədən çox olan qızıl yataqlarının 32%-nə sahibdir.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, qlobal iqtisadi artımın yavaşladığı son dövrdə qızılın cəlbediciliyi daha da artıb.

Qızıl Ukrayna-Rusiya müharibəsi fonunda dünyada ən çox seçilən investisiya alətinə çevrilib. Bu dövrdə Türkiyədə qızıla tələb 30% artıb. Türkiyə banklarında qızıl əmanətlər isə 6 ayda 55,3% artaraq 699 milyard 980 milyon lirəyə yüksəlib.

 

Gözəl Həşimova