Bu ilin noyabrın 1-dən etibarən Özbəkistan əhalisi pensiya və müavinətləri barmaq izi ilə nağd şəkildə alacaqlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi yanında büdcədənkənar pensiya fondunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu, pul emissiyası zamanı təxminən iki dəfə vaxta qənaət etməyə imkan verəcək. Bildirilib ki, vətəndaşlar xüsusi planşetdə barmaq izini skan etdikdən sonra pensiya və müavinətləri nağd şəkildə ala biləcəklər.

 

Gözəl Həşimova