"Gürcüstanda müəllimlərin əməkhaqları gələn il 185 dollar artırılacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu respublikanın Baş naziri İrakli Qaribaşvili Milli Müəllimlər Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti 2024-cü ildə Təhsil və Elm Nazirliyinin büdcəsini 0,5 milyard lari (185 milyon dollar) artırmaq qərarına gəlib. Ümumilikdə, müəllimlərin maaşlarının artırılmasına isə 60 milyon dollara qədər vəsait xərclənəcək.

Qaribaşvili bildirilib ki, hazırda 400 məktəbdə təmir işləri aparılır. Ümumilikdə təhsil müəssisələrinin yenidən qurulmasına 1 milyon lari (370 min dollar) xərclənməsi planlaşdırılır.

 

Gözəl Həşimova