Səudiyyə Ərəbistanı ilk dəfə olaraq spirtli içki mağazasını açmağı planlaşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, mağaza yalnız qeyri-müsəlman diplomatlara xidmət göstərəcək. Mağazaya baş çəkmək üçün diplomatlar xüsusi ərizədə qeydiyyatdan keçməli, Krallığın Xarici İşlər Nazirliyindən giriş kodu almalı və aylıq kvotalara əməl etməlidirlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında spirtli içkilərin istifadəsi həm vətəndaşlar, həm də əcnəbilər üçün tamamilə qadağan edilib. Qanunun pozulması ölüm cəzası ilə nəticələnə bilər.