İspaniyanın cənubundakı Malaqa şəhərində havanın temperaturu 29,9 dərəcəyə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bunu İspaniya Meteorologiya İnstitutu (Aemet) açıqlayıb.

Məlumata görə, bu göstərici ölkə tarixində dekabr ayında qeydə alınan ən yüksək səviyyədir.

Bildirilib ki, dekabrın 12-i yerli vaxtla saat 14.20-də Malaqa şəhərində havanın temperaturu 29,9 dərəcə olaraq təyin edilib.

 

Gözəl Həşimova