Somalidə güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 53-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Somali Fəlakətlərin İdarə Olunması Agentliyi (SODMA) məlumat yayıb.

Məlumata görə, 1,5 milyon insan həddindən artıq yağış və daşqınlardan zərər çəkib, 5 mindən çox ev dağılıb.

 Daşqınlardan heyvandarlıq və əkinçilik sahələri də zərər çəkib.

Son illərin ən şiddətli quraqlığını yaşayan Somali və Keniya iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr sırasındadır.

 

Gözəl Həşimova