Qırğızıstan hakimiyyəti ölkədə çörək və çörək məhsullarının qiymətlərində müvəqqəti tənzimləmə tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Qırğızıstan Respublikasının ərazisində buğda çörəyinin, çörək məmulatlarının qiymətlərinin müvəqqəti dövlət tənzimlənməsinin tətbiqi haqqında” sərəncam imzalanıb.

Lakin bu məhsulların yuxarı qiymət həddi və məhdudiyyətin müddəti göstərilməyib.

Qeyd edək ki, sentyabrda Qırğızıstan hakimiyyəti qiymət artımının qarşısını almaq üçün un və taxıl ixracını dayandırıb. Qırğızıstan hökuməti dəfələrlə bəyan edib ki, ölkənin taxıl və un ehtiyatları əhalinin tələbatını ödəməyə kifayət edir.

 

Gözəl Həşimova