Nigeriyada Milad və Yeni il şənlikləri zamanı atəşfəşanlıq və partlayıcı məhsullardan istifadə təhlükəsizlik problemlərinə görə qadağan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, ölkədə artan təhlükəsizlik problemləri səbəbilə ştatlarda bütün partlayıcı məhsulların satışı və istifadəsi qadağan edilib.

 

Gözəl Həşimova