Nigeriyanın şimal-şərqində baş verən terror aktları səbəbindən təxminən 8,3 milyon insanın humanitar yardıma ehtiyacı var.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.

Məlumata görə, hökumət humanitar böhranla mübarizə aparmağa çalışır.

Əlavə edək ki, Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haram terror təşkilatının keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

 

Gözəl Həşimova