Polşada ötən il 1,8 milyon insan ifrat yoxsulluq şəraitində yaşayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşa Statistika İdarəsi (GUS) məlumat yayıb.

Məlumata görə, bu da ölkə əhalisinin təxminən 5 faizini təşkil edir. Hesabatda həddindən artıq yoxsulluq içində yaşayanların 400 mininin uşaq, 300 mininin isə təqaüdçü olduğu bildirilib.

Məlumata görə, əhalinin təqribən 12 faizi (4,5 milyon nəfər) nisbi yoxsulluq içində yaşayır. Polyakların 3%-i isə qida və gündəlik gigiyena vasitələrinə olan ehtiyaclarını təmin edə bilmirlər.

Qeyd edək ki, ötən il Polşada ərzaq qiymətləri 22 faiz, mənzil kirayələri isə 20 faizdən çox artıb.

 

Gözəl Həşimova