Gürcüstan hökuməti yerli istehsalçıları dəstəkləmək üçün buğda ununun müvəqqəti idxal rüsumunu 25% artırmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Tengiz Nasaridze məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə unun idxal rüsumu 1 ton üçün təxminən 96 dollar olacaq. Bildirilib ki, idxal rüsumlarının artırılması ilə bağlı qərar çörəyin qiymətinə heç bir şəkildə təsir etməyəcək.

 

Gözəl Həşimova