Avstraliya ölkəyə 3,3 milyon dollar sərmayə qoyan insanlara verilən "qızıl viza" müraciətlərini dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avstraliyanın daxili işlər və kibertəhlükəsizlik naziri Kler Onil bildirib.

Onun sözlərinə görə, hakimiyyət bu qərarı daha ixtisaslı miqrantları cəlb etmək üçün edib:

"Viza proqramından indi yaşlı insanlar Avstraliyada məskunlaşmaq və ölkədə təqaüdə çıxmaq üçün tez-tez istifadə edirlər. Buna görə də hökumət iqtisadiyyatdakı boş yerləri dolduracaq ixtisaslı mütəxəssislərin cəlb edilməsinə diqqət yetirməyi planlaşdırır".

Qeyd edilib ki, 2022-ci ilin iyunundan 2023-cü ilin iyununa qədər ölkəyə 500 mindən çox insan köçüb.

 

Gözəl Həşimova