Burkina Faso hökuməti Nigerə qoşun göndərilməsinə icazə verən qanun layihəsini təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Burkina Faso Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Nazirlər Şurasında Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) mümkün hərbi müdaxiləsi qarşısında Nigerə qoşun yerləşdirilməsinə dair qanun qəbul edilib.

Əlavə edək ki, iyulun 26-da bir qrup Niger hərbiçisi qiyam qaldırıb və Prezident Məhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırıblar.

 

Gözəl Həşimova