"Almaniya hökuməti miqrasiya ilə bağlı problemlərin həlli üçün bu il federal əyalətlərə və bələdiyyələrə təxminən 18 milyard avro (19,3 milyard dollar) ayıracaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.

O, həmçinin əlavə edib ki, hal-hazırda Almaniyaya qeyri-qanuni yollarla çoxlu adam gəlir.  Buna görə də ötən ay Almaniya nazirləri ölkənin Polşa, Çexiya və İsveçrə ilə sərhədlərində müvəqqəti yoxlamalar tətbiq ediblər.

 

Gözəl Həşimova