Yaponiya oktyabrda İsrailə hücumla bağlı HƏMAS qruplaşmasının rəhbər üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bu sanksiya siyahısına Qəzza zolağındakı qruplaşmanın lideri Yəhya Sinvar, hərbi qanadın rəhbəri Məhəmməd əd-Deif və onun müavini Mərvan İsanın adı daxil edilib.

Yaponiya onlara qarşı bir sıra tədbirlər görəcək, o cümlədən aktivləri aşkar edilərsə dondurulacaq.

 

Gözəl Həşimova