Argentinanın Çin və Braziliya ilə potensial əməkdaşlığının dayandırılması onun iki ölkə ilə orta hesabla 4,2 milyard dollarlıq ticarət dövriyyəsini riskə atacaq.

Bu barədə İqtisadiyyat.az "Sputnik İnternational"a istinadən xəbər verir.

Məlumata görə, Braziliya bu ilin yanvar-sentyabr aylarında Argentinanın ən böyük ticarət tərəfdaşı olub. Bu müddət ərzində Argentina bu ölkəyə 8,9 milyard dollarlıq məhsul ixrac edib və ondan 14,1 milyard dollarlıq mal idxal edib. Beləliklə, iki ölkə arasında ticarət kəsiri 5,2 milyard dollara çatıb.

Eyni zamanda, Çin Argentinaya 11 milyard dollar dəyərində mal tədarük edib və bu ölkədən 3,96 milyard dollar dəyərində mal idxal edib.

2023-cü ilin ilk doqquz ayında Argentinanın Braziliya və Çinlə birgə ticarəti 38 milyard dollar və ya ayda 4,2 milyard dollar təşkil edib. Braziliya əsasən neft məhsulları, Çin isə əsasən ət, taxıl və soya idxal edib.

Xatırladaq ki, daha öncə Argentinanın xarici işlər nazirinə namizəd Diana Mondino bildirib ki, ölkə Çin və Braziliya hökumətləri ilə qarşılıqlı əlaqəni dayandıracaq.

 

Gözəl Həşimova