Afrika və Cənub-Şərqi Asiyanın bəzi ölkələrində bu il dövlət çevrilişləri baş verə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin deyib.

Məlumata görə, bu il ən çox çevrilişlərə meyilli ölkələr isə Niger, Mali, Burkina Faso, Eritreya, Sudan və Somalidir.

Onun fikrincə, dünyanın qlobal mənzərəsi 2024-cü ildə olduğu kimi qalacaq. Avropa və ya Latın Amerikası kimi regionlarda hakimiyyətin zorakılıqla dəyişməsi isə mümkün deyil.

 

Gözəl Həşimova