2024-cü il dünya üçün seçki ili kimi görünür. 50-dən çox ölkədə insanlar seçkiyə gedərək iradələrini ifadə edəcəklər. Yeni seçki nəticələri dünya gündəmini də formalaşdıracaq.

Bu barədə İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir.

2024-cü il İsrailin Qəzzaya hücumları və iki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi kimi mühüm hadisələrin kölgəsində başlayıb. Yeni ildə keçiriləcək seçkilərlə dünyada baş verən hadisələr və dəyişikliklər böyük əhəmiyyət kəsb edəcək. İki böyük dövlət, ABŞ və Rusiya yeni liderlərini müəyyən etməklə qlobal dinamikaya təsir edəcək.

Bu prosesdə seçilmiş liderlərin siyasəti beynəlxalq münasibətlərə, təhlükəsizliyə və sülhə böyük təsir göstərəcək.

İsrailin regional siyasəti və Rusiya-Ukrayna müharibəsinin gedişatı bütün dünyada sabitliyə təsir edən kritik məsələlər kimi önə çıxır. Bu kontekstdə beynəlxalq ictimaiyyətin bu hadisələrə necə reaksiya verəcəyi və yeni liderlərin bu problemlərə yanaşması mühüm müşahidə nöqtəsi olacaq.

 

Gözəl Həşimova