İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən şəhərətrafı sürət elektrik qatarları yenilənmiş hərəkət qrafiki üzrə fəaliyyət göstərəcək.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün saat 10:00-da Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Bu gündən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsinə start veriləcək. Müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular 18 avqust tarixində müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Bu gün Avro-2024-ün seçmə turnirində Türkiyə yığması öz meydanında Ermənistan millisi ilə qarşılaşacaq. Oyun Əskişəhər şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.