Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaz olmayacaq.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Lökbatan” Qaz Paylayıcı Stansiyasında və “Lökbatan” Qaz Tənzimləmə Məntəqəsində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 20-də saat 09:30-dan işlər başa çatanadək adıçəkilən QPS-dən qaz təchizatı dayandırılacaq.

Təmir aparılan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.