Bu gün Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammiti keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, sammitə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sədrlik edəcək.

Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçıları iştirak edəcək. Onlar təşkilat çərçivəsində ticari-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, İƏT sammiti noyabrın 9-da başa çatacaq.