Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ABŞ-yə səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumata görə, Devid Kemeron Ukraynaya dəstəyi gücləndirmək məqsədilə danışıqlar aparmaq üçün Vaşinqtona getməzdən əvvəl Floridada keçmiş prezident Donald Trampla görüşüb. 

Görüşdə Ukrayna və Qəzzadakı müharibələr, eləcə də NATO-nun gələcəyi müzakirə edilib.