Braziliyada geniş miqyasda elektrik kəsilməsi baş verib və insanlar işıqsız qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Braziliyanın Mədən və Energetika Nazirliyi məlumat yayıb.

“Nəticədə Milli Sistem Operatoru öz şəbəkəsində 16 000 meqavat elektrik enerjisinin ötürülməsini dayandırıb”, - nazirlikdən bildirilib.

Məlumata görə, sonradan başqa yerlərdən 6000 meqavat enerji paylanaraq enerji təchizatı qismən bərpa edilib. 

Hazırda ölkənin cənub və cənub-şərqində, eləcə də əksər şərq və mərkəzi rayonlarında elektrik enerjisinin verilişi tam bərpa edilib. 

"CNN Brasil" televiziyasının məlumatına görə, yeddi ştatın daxil olduğu ölkənin şimal bölgəsində enerji təchizatı 83%, doqquz şimal-şərq bölgəsində demək olar ki, 50% və dörd cənub-şərq bölgəsində 20% azalıb.

Hadisəni araşdırmaq üçün hökumət komissiyası yaradılıb.