Böyük Britaniyanın ən böyük şəhərlərindən biri olan Birminqem şəhərinin bələdiyyə şurası yüksək büdcə kəsiri səbəbindən müflis olduğunu elan edib. 

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, bununla bağlı şəhərin bələdiyyə şurası artıq məhdudiyyətlər də tətbiq edib.

Belə ki, Birminqem şəhərinin bələdiyyə şurası qanunla nəzərdə tutulmuş icbari xidmətlərin göstərilməsi və mövcud müqavilələrin həyata keçirilməsinə sərf edilən xərclər istisna olmaqla, digər xərclərin həyata keçirilməsinə qadağa qoyub.

Gülşən Şərif