Böyük Britaniya hökuməti Yəmənin üsyançı Husilər hərəkatının hərbi rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib. Siyahıda Husilərin dörd liderinin adı yer alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmin şəxslərin Böyük Britaniyaya giriş qadağası və aşkar edilərsə, onların ölkədəki hesabların dondurulması nəzərdə tutulub. 

Sənəddə Husi liderlərinə və onlarla əlaqəli şəxslərə silah verilməsinin qadağan edilməsi də nəzərdə tutulur.