Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borell fevralın əvvəlində Ukraynaya səfər etməyi planlaşdırdığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında deyib. 

"Mən fevralın birinci və ya ikinci həftəsində Ukraynaya səfər edəcəm", - Borell qeyd edib.