"Britaniya hökumətinin bəzi üzvlərinin İsrailə silah satışını qadağan etmək çağırışları dəlilikdir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson "Daily Mail" jurnalı üçün yazdığı məqaləsində bildirib.

"Əgər sizə Qərb sivilizasiyasının ölümcül nümunəsi lazımdırsa, mən Britaniya isteblişmentinin üzvlərinin İsrailə silah satışını qadağan etmək təklifini gətirəcəyəm", - Conson qeyd edib.

Consonun sözlərinə görə, daha qorxulusu İsrailə silah embarqosunun Nazirlər Kabinetində gərgin müzakirə mövzusu olması və yalnız bir neçə nazirin İsrailin lehinə müsbət fikirlər səsləndirməsidir.

O qeyd edib ki, təklif olunan embarqonu hazırda deputatlar, Mİ-6-nın keçmiş rəhbəri, Ali Məhkəmənin bir neçə keçmiş hakimi və 600-ə yaxın hüquqşünas geniş şəkildə dəstəkləyir.