Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Cozep Borell ilk F-16-ların Ukraynaya çatdırılması üçün konkret müddət verə bilməyib və qeyd edib ki, bunlar mürəkkəb maşınlardır və pilotların təlimi çox vaxt aparacaq.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə müdafiə nazirləri səviyyəsində keçirilən Aİ Şurasının iclasından sonra baş tutan mətbuat konfransında bildirib.

"Xeyr, ilk F-16-ların Ukrayna səmasında nə vaxt havaya qalxacağı ilə bağlı heç bir konkret məlumatımız yoxdur. Bilirəm ki, pilot hazırlığı davam edir, öz təcrübəmdən bilirəm ki, bu təlim çox vaxt aparır və bu səbəbdən onların tədarükü ilə bağlı dəqiq vaxtı deyə bilmərik. Pilotların bu mürəkkəb maşınların bütün imkanlarından istifadə etməyə tam hazır olmadan döyüşə getməsi mümkünsüzdür", - Borell qeyd edib.