“Avropada əsl yüksək intensivlikli müharibə artıq fantaziya deyil. Bunun qarşısını almaq üçün mütləq mümkün olan hər şeyi etməliyik”. 

İqtisadiyyat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozef Borel deyib.

Borelin sözlərinə görə, Avropa İttifaqının (Aİ) düşmənin qarşısını almaq üçün vasitələrə ehtiyacı var. O qeyd edib ki, assosiasiyanın müdafiə qabiliyyətini gücləndirmək üçün müdafiə mexanizminin yaradılması zəruridir. Bundan əlavə, diplomat etiraf edib ki, bu mexanizmi maliyyələşdirmək üçün Aİ ölkələrinin ümumi borc öhdəliklərinə müraciət etmək lazımdır.

Qeyd edək ki, bundan əvvəl Borel yaxın gələcəkdə vahid Aİ ordusunun yaradılmasının mümkün olmadığını bildirib. O, aydınlaşdırıb ki, dövlətlər öz müdafiə siyasətinə müstəqil şəkildə nəzarət etmək istəyirlər.