Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı sentyabr ayından 2 milyon əfqana yardımı dayandırıb.

Bu barədə İqtisadiyyat.az “The Times of India”na istinadən xəbər verir.

Məlumata görə, buna səbəb maliyyə çatışmazlığıdır. Bildirilib ki, oktyabrın sonunadək Əfqanıstana yardım üçün vəsait tamamilə tükənəcək və nəticədə ölkədə 10 milyon insan aclıq təhlükəsi ilə üzləşəcək.

Əlavə edək ki, Əfqanıstanın ümumi əhalisinin sayı 37 milyondur. Ölkədə 29 milyon insanın qidaya çıxışı yoxdur, 8,7 milyon əfqan isə aclıq yaşayır.

 

Gözəl Həşimova