"BMT dünyanın istənilən yerində tükənmiş uran mərmilərinin istifadəsinə qarşıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu TASS-a Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib. 

O, ABŞ-nin Ukraynaya bu cür silahlar vermək qərarı ilə bağlı sualı cavablandırarkən deyib: "Biz dünyanın istənilən yerində tükənmiş uran mərmilərinin istifadəsinə qarşıyıq".