Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Jens Laerke, Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılmasına diqqət yetirdiklərini söyləyib.

İqtisadiyyat.az xəbər verir ki, Laerke ona ünvanlanan Qara Dəniz Taxıl Təşəbbüsündən başqa alternativ variantlarla bağlı sualı yazılı şəkildə cavablandırıb.

O, Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmağa fokslandıqlarını qeyd edib:

"Biz inanırıq ki, Qara Dəniz Təşəbbüsünə qayıdış həm Rusiya Federasiyasından, həm də Ukraynadan milyonlarla ton taxıl və gübrə ixracını asanlaşdıracaq, bazarları rahatlaşdıracaq və Qara dənizdə təhlükəsizliyi artıracaq".