"Taxıl sazişinin bərpası üzrə işlər davam edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik brifinqdə deyib.

"Baş katib Rusiya və Ukrayna taxıl və gübrələrinin bazara tam şəkildə qayıtmasını təmin etmək öhdəliyi barədə çox açıq şəkildə bildirib. Martin Qriffits bu istiqamətdə səylərinə davam edir", - o qeyd edib.