"Birləşmiş Millətlər Təşkilatı (BMT) Qara dəniz taxıl təşəbbüsünün gələcəkdə bərpasına ümidini kəsmir və bu istiqamətdə işləyir".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə BMT mətbuat katibinin müavini Fərhan Haq bildirib.

Onun sözlərinə görə, təşkilat aidiyyəti olan tərəflərlə işi davam etdirir:

"Biz müqaviləni canlandıracağımıza ümid edirik, çünki bu, təkcə diplomatiya baxımından deyil, həm də dünyada ərzaq qiymətlərinin aşağı salınması baxımından mühüm nailiyyət idi. Saziş, bütün dünyada insanların rifahına mühüm töhfədir”.

 

Gözəl Həşimova