"Oktyabrın 21-dən bəri Rəfah sərhəd qapısından Qəzzaya daxil olan humanitar yük daşıyan maşınların sayı 54-ə çatıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Onun sözlərinə görə, oktyabrın 7-dən etibarən Qəzzaya heç bir yanacaq yardımı edilməyib. Bildirilib ki, Qəzzada elektrik enerjisinin olmaması səbəbilə xəstəxanalar çox çətin vəziyyətdədir.

 

Gözəl Həşimova