Fələstin-İsrail münaqişəsinin qızışmağa başlamasından bəri Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağında öldürülən əməkdaşlarının sayı 99-a çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

Qeyd edək ki, bundan əvvəl 92 nəfərin öldüyü bildirilirdi.