"Qurumlararası Daimi Komitənin (IASC) bir hissəsi olan BMT-nin humanitar agentlikləri Qəzza zolağında "təhlükəsiz zona" yaratmaq üçün heç bir təşəbbüsdə iştirak etməyəcəklər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin, ekspertlərin və BMT-nin Uşaq Fondu və Qaçqınlar üzrə Ali Komissarlığın İdarəsi kimi bir sıra strukturlarının rəhbərlərinin Cenevrədə imzaladığı birgə bəyanatda deyilir.

"Humanitar liderlər kimi bizim mövqeyimiz aydındır: biz bütün tərəflərin razılığı olmadan, təhlükəsizlik və digər əsas ehtiyaclar üçün əsas şərtlər yaranana qədər Qəzza zolağında heç bir "təhlükəsiz zona"nın yaradılmasında iştirak etməyəcəyik", - sənəddə qeyd olunur.

"Hazırkı şəraitdə Qəzza zolağında birtərəfli qaydada "təhlükəsiz zonalar" yaratmaq təklifləri mülki əhali, o cümlədən kütləvi itkilərə səbəb ola bilər və rədd edilməlidir. Müvafiq şərait olmadan, aktiv döyüş əməliyyatları zamanı mülki əhalinin belə ərazilərdə cəmləşməsi hücum riskini və əlavə zərəri artıra bilər", - deyə bəyanat müəllifləri qeyd ediblər.