Qəzza zolağında binaların 18%-i dağıdılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Peyk Mərkəzi (UNOSAT) "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, mərkəz Qəzza zolağının 26 noyabrda çəkilmiş peyk şəkillərini 1 may, 10 may, 18 sentyabr, 15 oktyabr və 7 noyabr tarixlərinə aid şəkillərlə müqayisə edib.

Təhlillərə əsasən, Qəzzada 10 049 bina dağıdılıb, 8 243 binaya ciddi, 19 087 binaya isə orta dərəcədə ziyan dəyib.

 

Gözəl Həşimova