Ötən ilin oktyabrın 7-dən bəri Qəzzada yaşayan 2,3 milyon insandan 1,9 milyonu köçkün vəziyyətinə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.

İsrail hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Bu dövrdə Qəzzada ölənlərin sayı isə 23 084 nəfərə çatıb.

Qeyd edək ki, ötən ilin noyabrın 24-də 7 gün müddətinə davam edən humanitar fasilə zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib.

 

Gözəl Həşimova