"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Təhlükəsizlik Şurasının iclasında Qarabağa BMT sülhməramlı missiyasının göndərilməsi təklifi yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə həyata keçirilə bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə TASS-ın sualını cavablandırarkən bildirib.

“İstənilən sülhməramlı missiyalarla bağlı qərarlar BMT Təhlükəsizlik Şurası tərəfindən verilir”, - o qeyd edib.

Xatırladaq ki, cümə axşamı BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclasında Ermənistanın xarici işlər naziri bildirib ki, Qarabağda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün BMT mandatı altında sülhməramlı qüvvələrə bölgəyə gəlməsi üçün imkan yaratmaq lazımdır.